backend

“WhatsApp”la videozəng edənlərin NƏZƏRİNƏ – TƏHLÜKƏ VAR

Telefon fırıldaqçılarının və şantaj dəstələrinin yeni üsulu üzə çıxıb. Fırıldaqçılar videozənglər vasitəsilə qurbanları cinsi istismara cəlb edirlər.

Referans Media xəbər verir ki, hər gün telefon fırıldaqçılığının yeni üsulu ifşa olunur. Fırıldaqçılar videozənglər vasitəsilə vətəndaşları cinsi istismar tələlərinə salmağa çalışırlar. Fırıldaqçılar videozəngə cavab verən şəxsin skrinşotunu uşaqların cinsi məzmunlu təsviri ilə birgə qeydə alırlar. Skrinşot çəkildikdən sonra qurbanlar cinsi zorakılıq ittihamı ilə şantaj edilir.

İnformasiya Texnologiyaları Mütəxəssisi Osman Demircan bildirib ki, xaricdən gələn və ya naməlum nömrələrdən gələn görüntülü zənglərə heç vaxt cavab verilməməlidir. Osman Demircan dərhal polisə müracitə etməyin vacib olduğunu bildirib. “Hüquqi prosesi başlatmağınız və ilk addımı atmağınız sizin qurban olduğunuzu və haqlılığınızı nümayiş etdirməkdə üçün ən vacib amildir”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki