image-s-8a8fb15a8a81ecc9de800819df426fda272f3dd0backend

Wi-Fi şifrəsini unutmusunuz? Telefonda asan yol var

Wi-Fi şifrəsini unutduqda modemə baxmağa ehtiyac yoxdur. Müasir telefonlarda yadda saxlanılmış şifrəni bir neçə addımla görmək mümkündür.

Android (10 və daha yeni versiyalar):
Ayarlar → Wi-Fi bölməsinə daxil olun, qoşulduğunuz şəbəkənin üzərinə klikləyin və “QR kod” bölməsini açın. Burada şifrə açıq şəkildə görünür və ya QR kod vasitəsilə paylaşmaq mümkündür.

iPhone (iOS 16 və daha yeni):
Ayarlar → Wi-Fi → qoşulduğunuz şəbəkənin yanındakı “i” işarəsinə daxil olun. Şifrə hissəsinə toxunaraq Face ID və ya Touch ID ilə təsdiqləyin – şifrə görünəcək və kopyalana bilər.

Bundan əlavə, iPhone cihazları arasında Wi-Fi şifrəsini birbaşa paylaşmaq da mümkündür. Bu üsullarla şifrəni tez və rahat şəkildə öyrənmək olar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki