Ela Rümeysa Cebeci ilk dəfə danışdı – paylaşımı sosial şəbəkələri qarışdırdı

Ev həbsi qərarı ilə azadlığa buraxılan tanınmış aparıcı Ela Rümeysa Cebeci sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət mərkəzinə düşüb. Təxminən 4 ay həbsdə qaldıqdan sonra ilk dəfə yaşadığı prosesə münasibət bildirən Cebeci, həbsxana günlərinin ona həyat, xarakter və insanın öz daxilində apardığı mübarizə barədə fərqli düşüncələr qazandırdığını bildirib.

Referans Media xəbər verir ki, Narkotik istintaqı çərçivəsində saxlanıldıqdan və daha sonra ev həbsi ilə azadlığa buraxıldıqdan sonra paylaşım edən Ela Rümeysa Cebeci yazısına “İçəridə saxlaya bilmədiklərim” başlığını verib.

Cebeci bildirib ki, həbsdən əvvəl ən çətin sınağın azadlığını itirmək olduğunu düşünürdü, lakin sonradan fərqli nəticəyə gəlib:

“İçəri girməzdən əvvəl düşünürdüm ki, ən böyük imtahan azadlığımı itirməkdir. Yanılmışam. Əsl sınaq əxlaqını təslim etməmək imiş”.

O, paylaşımında insanın ən böyük mübarizəsinin öz nəfsi ilə olduğunu vurğulayaraq qeyd edib ki, insan bir anda dəyişmir, kiçik güzəştlər zamanla böyük dəyişikliklərə səbəb olur:

“Nəfs insanı bir anda məğlub etmir. Əvvəl doğrularını sorğulatdırır, sonra prinsiplərini yumşaltmağa çalışır. Hər güzəştə məntiqli səbəb tapır və insanı addım-addım öz doğrularından uzaqlaşdırır”.

Cebeci yaşadığı müddətin ona özünü daha yaxından tanımaq imkanı verdiyini də qeyd edib. O, bu dövrdə səhvləri, çatışmazlıqları və daxili dünyası ilə üzləşdiyini bildirib.

Qeyd edək ki, Ela Rümeysa Cebeci İstanbulda aparılan istintaq çərçivəsində saxlanılmış, bir müddət həbsdə qaldıqdan sonra 2026-cı ilin aprel ayında ev həbsi qərarı ilə azadlığa buraxılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki