Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pitt ilə ayrıldıqdan sonra şəxsi həyatıyla bağlı diqqətçəkən açıqlama verib.
Referans Media xəbər verir ki, aktrisa yeni filmi "Couture"un təqdimatı zamanı bildirib ki, 2016-cı ildə Bred Pittdən ayrıldıqdan sonra heç kimlə sevgili olmayıb.
"Düzünü desəm, boşandığımdan bəri, yəni təxminən 10 ildir heç kimlə münasibət yaşamamışam. Bu müddətdə bütün diqqətimi övladlarıma və işimə yönəltmişəm", - deyə Coli qeyd edib.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2014-cü ildə evlənsələr də, 2016-cı ildə ayrılıblar. Onların boşanma prosesi uzun illər davam edib və cütlük arasında hüquqi çəkişmələr hələ də tam başa çatmayıb./Musavat.com
