Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi

10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad olunub.

Referans Media  "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Polkovnik Maniyev ehtiyata buraxılıb.

Qeyd edək ki, Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. O, sonuncu vəzifəyə təyin edildikdən sonra rütbəsi artırılıb, idarə rəisi polkovnik Anar Eyvazovun müavini kimi fəaliyyət göstərib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki