Xaricdə işi alınmayan məşqçi region klubunda bu işi görməyə razılaşdıbackend

Xaricdə işi alınmayan məşqçi region klubunda bu işi görməyə razılaşdı

Ötən ilin oktyabrında «Bilis»dən ayrılan Rüfət Quliyev özünə yeni iş yeri tapıb.

Albaniyada heç 2 ay çalışa bilməyən məşqçi «Şəmkir»dən gələn dəvəti qəbul edib.

O, II Liqada mübarizə aparan klubda Vüqar Nadirovun köməkçisi olmağa razılaşıb.

Quliyev 2023/24-cü illər mövsümünün gedişində «Araz-Saatlı»nın sükanı arxasında olub. 2023-cü ilin oktyabrında I Liqa təmsilçisində çalışmağa başlayıb, 2024-cü ilin aprelində isə istefa verib.

R.Quliyev daha öncə «Ağsu» və «Səbail»də fəaliyyət göstərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki