image-1776519814_9a785038517c2e7a52b301c69c5b95f5backend

Xəzər rayonunda 20 minlik silsilə oğurluq

Xəzər rayonu ərazisində silsilə talama hadisələri qeydə alınıb.

Referans Media Bizim.Media-ya istinadən xəbər verir ki,  xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Naməlum şəxs rayon ərazisində yerləşən 5 ev və 2 sexdən pul, məişət əşyaları, elektrikli alətlər, həmçinin kombi aparatı oğurlayıb, nəticədə zərərçəkənlərə ümumilikdə 20 min manata yaxın maddi ziyan vurulub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev müəyyən edilərək saxlanılıb.

Onun taladığı əşyaların bir hissəsini satdığı məlum olub.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki