Yaponiyada yenə güclü zəlzələ oldu

Yaponiyanın Honsyu adasında 6,5 ​​bal gücündə zəlzələ qeydə alınıb.

Referasn Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri əhalisi təxminən 220 min nəfər olan Haçinohe şəhərindən 102 km şimal-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, dekabrın 8-də Yaponiyanın şimalında 7,2 bal gücündə zəlzələ qeydə alınıb və 30-dan çox şəxs xəsarət alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki