Yaxın Şərqdə artan gərginlik və münaqişələr qlobal lüks istehlak sektoruna mənfi təsir göstərib, Avropa brendlərinin satışlarını zəiflədib.
Fransanın Hermès şirkəti ilk rübdə gözləntilərdən aşağı nəticə göstərib, səhmləri isə 10%-dən çox ucuzlaşıb. Satışların ən çox azaldığı region Yaxın Şərq olub.
Oxşar vəziyyət Kering qrupuna daxil olan Gucci brendində də müşahidə edilib. Şirkət satış azalmasını bölgədəki gərginlik və zəif tələblə əlaqələndirib.
