Yeni agentliyin mətbuat katibi o oldu - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat olub.

Referans Media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Gülnar Hacalıyeva Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

O, daha əvvəl nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində mütəxəssis vəzifəsində çalışıb.

Xatırladaq ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi bu il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi əsasında yaradılıb. Bir neçə gün əvvəl isə Dəniz Kərimzadə müvafiq əmrlə Agentliyin Kommunikasiya şöbəsinin rəhbəri təyin olunmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki