ABŞ alimləri Günəş sistemindən kənarda yerləşən və yaşayış üçün əlverişli zonada fırlanan qayalı planetdə ilk dəfə atmosfer aşkarladıqlarını bildiriblər.
Referans Media xəbər verir ki, söhbət Yerdən təxminən 48 işıq ili uzaqlıqda yerləşən LHS 1140 b planetindən gedir. Bu planet kiçik və soyuq bir ulduzun ətrafında dövr edir.
Tədqiqat zamanı planetin atmosferində helium qazı aşkar edilib.
Alimlər qeyd edirlər ki, heliumun mövcudluğu özlüyündə həyatın olmasını sübut etmir. Bununla belə, bu kəşf Günəş sistemindən kənarda yaşayış üçün yararlı ola biləcək planetlərin axtarışı istiqamətində mühüm addım hesab olunur.
