Yevlax sakinləri 20 Yanvar qurbanlarının xatirəsini sükutla andı – FOTO

Yevlax şəhərində Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsi kimi yazılan Qanlı 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi ehtiramla anılıb.

Referans Media xəbər verir ki, anım tədbirində Yevlax Rayon Mərkəzi Xəstəxanasının kollektivi də iştirak edib. Xəstəxananın direktoru Fazil İsmayılov başda olmaqla kollektiv üzvləri faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Eyni zamanda, avtomobillərin səs siqnalları vasitəsilə 20 Yanvar şəhidlərinin müqəddəs xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Qeyd edək ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin rəmzi, tariximizin qanla yazılmış, lakin qürurverici səhifələrindən biridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki