Yuxarı Qarabağ kanalından meyit tapıldı

  Bərdədə Yuxarı Qarabağ kanalından naməlum meyit tapılıb. 

Referans xəbər verir ki, meyit su kanalının Həsənqaya kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.

Hadisə yerinə FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hazırda meyitin kanalda çıxarılması prosesi görülür.

Faktla bağlı araşdırma başlanıb, meyitin kimə məxsus olması araşdırılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki