1000 kilometrlik strateji magistrala Trampın adı verildi

Mərakeş Kralı VI Məhəmməd Tiznit - Daxla sürət avtomobil magistralına ABŞ Prezidenti Donald Trampın adını verib.

Referans Media xəbər verir ki, bu barədə Mərakeşin dövlət informasiya agentliyi MAP məlumat yayıb.

"Bu dostluq və sülh simvoluna ehtiram əlaməti olaraq, eləcə də şəxsi dərin hörmətimin ifadəsi kimi Krallığın ən vacib yol magistrallarından birini "Donald C. Tramp magistralı" adlandırmaq qərarına gəldim. Uzunluğu 1055 kilometrdən çox olan bu yol bütün Afrikada ən uzun yol magistralıdır", – deyə Kralın ABŞ Prezidentinə unvanladığı məktubda qeyd olunur.

VI Məhəmməd bildirib ki, Mərakeş və ABŞ münasibətləri uzun müddət dostluğa əsaslansa da, Trampın iki prezidentlik dövründə olduğu qədər heç vaxt bu qədər möhkəm və bəhrəli olmayıb. Monarxın sözlərinə görə, Vaşinqtonun 2020-ci ildə Mərakeşin Qərbi Sahara üzərindəki suverenliyini tanıması "mərakeşlilərin yaddaşında həmişəlik qalacaq" və ikitərəfli münasibətlərə "müqayisəolunmaz bir təkan" verib.

"Bu strateji əhəmiyyətli ox Mərakeşin şimalı ilə cənubunu bir-birinə bağlamaqla yanaşı, həm də Avropanı Afrika qitəsi ilə birləşdirir. Beləliklə, Sizin rəhbərliyiniz iki xalqımızı misilsiz şəkildə yaxınlaşdırdığı kimi, bu yol da ölkəmizi vahid şəkildə birləşdirir", – deyə məktubda vurğulanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki