Ermənistan parlamentində gərgin anlar - And içmədilər+Video

Ermənistan Milli Assambleyasının 9-cu çağırışının ilk iclasında müxalifət deputatları andiçmə mərasimini etirazla qarşılayıblar.

Referans Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müxalifət nümayəndələri şifahi şəkildə and içməkdən imtina etsələr də, and mətnini imzalayıblar.

Etiraza səbəb isə Ermənistan tarixində ilk dəfə parlamentin Erməni Apostol Kilsəsinin Katolikosu II Qareginin xeyir-duası olmadan fəaliyyətə başlaması olub.

Bildirilib ki, II Qaregin iclasa dəvət edilməyib.

Daha sonra sədr yeni seçilmiş deputatların and mətnini oxuyub, lakin müxaliflər bunu boykot edərək ayağa qalxmayıblar.

Qeyd edək ki, Ermənistanda parlament sədri postuna “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Ruben Rubinyan oturub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki