ABŞ-da insan həyatı üçün təhlükəli hesab olunan virusun yayılması ilə bağlı narahatlıq artır. Bildirilir ki, virusun daşıyıcıları artıq ölkənin 20 ştatında aşkarlanıb.
Referans Media xəbər verir ki, yayılan məlumata görə, virus ABŞ-ın şimal-şərq bölgəsinə də yayılıb.
Hazırda bu virusa qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə üsulu mövcud deyil.
Bununla belə, rəsmi qurumlar virusun adı, yayılma miqyası və insanlara yoluxma halları barədə əlavə məlumat açıqlamayıblar.
