Dərədə köməksiz qaldı - FHN xilas etdi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu, Tövlədərə kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Referans Media-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə edilməklə dağlıq ərazidə dərinliyi təxminən 100 metr olan dərədə köməksiz vəziyyətdə qalan vətəndaş - 1967-ci il təvəllüdlü Fərzəliyev Kamil İmamverdi oğlu xilas olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki