2026-cı ilin dövlət büdcəsi QƏBUL EDİLDİ

Milli Məclis “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini qəbul edib.

Referans Media  xəbər verir ki, qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb və qəbul edilib.

Layihəyə əsasən, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard manat proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat olmaqla, ÜDM-in 2,3 faizini təşkil edəcək.

Gələn ilin büdcə gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat, xərcləri isə 296 milyon manat çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki