23 azərbaycanlı Almaniyadan geri QAYTARILDI

Azərbaycanın 23 vətəndaşı Almaniyadan geri qəbul edilib.

Referans Media xəbər verir ki, bununla bağlı Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 17-si Azərbaycan vətəndaşı olan 23 nəfər “Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib.

Xatırladaq ki, ötən ay da 9 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki