image-gelinbeyyybackend

23 yaşlı qadın 7 ayda 25 kişi ilə evləndi: Həbs edildi

Hindistanda 23 yaşlı qadın 7 ay ərzində 25 kişini aldadaraq 25 qondarma nikah bağladığına görə həbs edilib.

Bu barədə “Economic Times” məlumat yayıb.

“Qaçaq gəlin” ləqəbli Anuradha Pasvan mütəşəkkil cinayətkar qrupun üzvü olub. O, evlənib və bir neçə gün sonra “ərlərinin” pulunu, qızılını və elektronikasını oğurlayaraq yoxa çıxıb.

Fırıldaqçı yaxşı qurulmuş sxem üzrə fəaliyyət göstərib: onun əlaltıları “WhatsApp” messencerinin köməyi ilə qurbanlar taparaq kişilərdən depozit kimi 200-500 min rupi (3 571-8 927 AZN) götürüblər. Qadın evlənən kimi pul və qiymətli əşyalarını götürərək qaçıb. Dələduz əməliyyatçılar hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq zamanı Bhopalda yerləşən dəstənin digər üzvləri də müəyyən edilib. Hazırda onların hamısı axtarışdadır. İstintaqın məlumatına görə, Anuradha cinayət fəaliyyətinə başlamazdan əvvəl Uttar Pradeş ştatında xəstəxanada işləyib. O, evli olub./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki