“28 May” stansiyasında BƏDBƏXT HADİSƏ – Tələbə qatar yoluna düşdü 

  Səhər saatlarında Bakı metrosunun “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

Referans modern.az-a istinadən xəbər verir ki, qatar stansiyaya çatmamış dayandırılıb.

Gənc yaşlı sərnişin stansiyanın əməkdaşları tərəfindən xilas edilib.

Məlumatı sayta açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.

O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.

“O, stansiya yolundan bileti götürüb və çıxıb. “Bakı Metropoliteni” QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib”, – açıqlamada bildirilib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki