Yəməndə hava hücumu iddiası: Husilər 12 nəfərin öldüyünü AÇIQLADI

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanını ölkənin şimal-qərbində yerləşən yanacaqdoldurma məntəqəsinə hava zərbəsi endirməkdə ittiham edib. İddialara görə, hadisə nəticəsində azı 12 nəfər həyatını itirib.

Referans MEDİA xəbər verir ki, Husilərə məxsus Al Masirah TV telekanalının məlumatına görə, zərbə Al Hazm şəhərindəki yanacaqdoldurma məntəqəsinə endirilib.

Məlumatda bildirilir ki, həlak olanlar arasında qadınlar və uşaqlar da var.

Hücum nəticəsində daha 10 nəfərin yaralandığı qeyd olunub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki