Yuventusun hücumçu axtarışında Osimhen adı gündəmdə

İtaliyanın məşhur klubu Yuventusun hücumçu axtarışını dəyərləndirən sabiq futbolçu Maroo Borriello Viktor Osimhenin adını çəkib.

Referans MEDİA xəbər verir ki, Borriellonun sözlərinə görə, nigeriyalı hücumçu güclü forvarddır və İtaliya futbolunu yaxşı tanıması onun üstünlüklərindən biridir.

“Yuventusun yüksək səviyyəli hücumçuya ehtiyacı var. Mən böyük bir 9 nömrə istəyərdim. Osimhenmi? Ola bilər. O, güclüdür, Serie A-nın və Lusiano Spallettini tanıyır. Amma Osimhendən əlavə də yüksək səviyyəli hücumçuya ehtiyac var”, – deyə Borriello bildirib.

Sabiq futbolçu hesab edir ki, Turin təmsilçisi yalnız baş məşqçi dəyişikliyi ilə əvvəlki gücünə qayıda bilməz.

Onun fikrincə, klubda uğur üçün güclü birlik, düzgün atmosfer və komanda daxilində sağlam mühit yaradılmalıdır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki