“Fənərbağça”nın yeni baş məşqçisi məlum oldu

İsmail Kartalın istefasından sonra baş məşqçi axtarışlarını sürətləndirən "Fənərbağça" rəhbərliyi hədəfdəki əsas adla bir araya gəlməyə hazırlaşır.

Referans Media xəbər verir ki, İstanbul təmsilçisinin bu post üçün bir nömrəli namizədi olan Vinçenso Montella artıq Türkiyəyə gəlib.

Klub rəhbərliyi ilə yanaşı, italyan mütəxəssisin Çəngəlköydə "Fənərbağça"nın prezidenti Aziz Yıldırımla təkbətək görüşü olcaq.

Türkiyə millisini uğurla idarə edən Montellanın "sarı-lacivərdlilər"in sükanı arxasına keçməyə ən iddialı namizəd sayılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki