Gədəbəy rayonunda 28 yaşlı gəncin meyiti aşkarlanıb.
Referans Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Samanlıq kəndində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü kənd sakini Əlişad Quluyevin cansız bədəni yaşadığı evin həyətindəki yardımçı tikilidə tapılıb.
Faktla bağlı Gədəbəy rayonu prokurorluğunda araşdırma aparılır.






















