Egey dənizində, Krit sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
Referans Media xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) son məlumatında bildirilib.
7 kilometr dərinlikdə baş verən zəlzələ Muğla bölgəsində geniş miqyaslı çaxnaşmaya səbəb olub.
Türkiyəyə yaxınlığı səbəbindən zəlzələ Muğla və ətraf ərazilərə də təsir göstərib.























