image-sirnak-ta-590-milyon-lira-degerinde-kacak-altin-ve-19777653_3345_ampbackend

Avtomobildən sərvət çıxdı: tonlarla qızıl və valyuta ələ keçdi

Şırnak vilayətinin Cizrə rayonunda keçirilən əməliyyat zamanı bazar dəyəri təxminən 590 milyon lirə olan qaçaq qızıl və xarici valyuta aşkarlanıb.

Referans Media xəbər verir ki, əməliyyat Şırnak Polis İdarəsi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə şöbəsi, eləcə də prokurorluq orqanlarının koordinasiyası ilə həyata keçirilib.

Şübhəli bilinən avtomobil saxlanılaraq axtarış aparılıb və nəticədə 30 ədəd (hər biri 1 kq) külçə qızıl, 85 min 939,5 qram işlənmiş qızıl, 90 min 600 ABŞ dolları, 7 min 470 avro ələ keçirilib.

Faktla bağlı 3 nəfər barəsində cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları qaçaqmalçılıqla mübarizənin qətiyyətlə davam etdirildiyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki