image-ambulans_1772028141-1backend

Gəncədə qonşular arasında dava: bıçaqlanan var

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin “Komsomol” adlanan ərazisində baş verib. İlkin məlumata görə, 1991-ci il təvəllüdlü İbrahim İbrahimov baş və kürək nahiyyəsinin bıçaq yarası ilə xəstəxanaya çatdırlıb.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir. İ.İbrahimovun qonşusu tərəfindən bıçaqlandığı ehtimal olunur.

Faktla bağlı araşdırma başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki