image-herbi-teyyarebackend

ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə 24 aprel tarixində Türkiyə hava məkanında fövqəladə siqnal ötürüb.

Referans Media  xəbər verir ki, bu barədə Flightradar24 xidmətinin məlumatlarında qeyd olunub.

Təyyarə Bakı vaxtı ilə saat 08:51-də 7700 kodlu siqnal göndərib ki, bu da ümumi fövqəladə vəziyyət anlamına gəlir.

Məlumata görə, RCH525 çağırış işarəli təyyarə BƏƏ-dən havaya qalxıb və Türkiyədəki İncirlik Hərbi Hava Bazası üzərinə eniş edib. Təyyarənin hansı səbəbdən fövqəladə siqnal verdiyi hələlik açıqlanmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki