image-qandal-kisi11backend

Axtarışda olan 156 nəfər tutuldu

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Referans Media-ya  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 156, o cümlədən borclu şəxs qismində axtarışda olan 119 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 38 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki