image-saftaliiibackend

50 manata şaftalı? – Paytaxt bazarlarında əl yandıran QİYMƏTLƏR – VİDEO

Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur.

Referans ATV-yə istinadən məlumat verir ki, növündən asılı olaraq pomidorun qiyməti 3 manatdan 20 manatadək, xiyarın qiyməti isə 1 manat 50 qəpikdən 4 manatadək təklif olunur.

Hazırda bazarda yerli şaftalının bir kiloqramı 50 manatdır.

Satıcılar isə bildiriblər ki, qiymətlər əsasən məhsulun sortuna görə dəyişir.

İqtisadçı-ekspertlər hesab edirlər ki, tərəvəzlərin bahalaşmasına səbəb ötən ilə nisbətən istehsalçıların xərclərinin artmasıdır.

Ətraflı süjetdə:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki