Bu heyvanları harda görsəniz, dərhal uzaqlaşın – Virus yayır

Nigeriyada Lassa qızdırmasının yayılması ilə bağlı vəziyyət narahatlıq doğurur.

Referans Media xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (NCDC) məlumatına görə, ilin əvvəlindən ölkənin 23 ştatında 116 yerli hökumət ərazisində xəstəliyə yoluxma halları qeydə alınıb.

Məlumata əsasən, təsdiqlənmiş yoluxma hallarının sayı 1000-ə çatıb. Xəstəlik nəticəsində 237 nəfər həyatını itirib. Beləliklə, ölüm nisbəti 23,7 faiz təşkil edib.

20–26 iyul tarixləri ərzində isə daha 17 yoluxma halı aşkarlanıb və eyni dövrdə Lassa qızdırmasından 6 nəfər ölüb.

NCDC həmçinin 53 səhiyyə işçisinin xəstəliyə yoluxduğunu açıqlayıb. Qurum səhiyyə əməkdaşlarının epidemiya ilə mübarizə zamanı yüksək risk altında olduğunu bildirib.

Lassa qızdırmasına səbəb olan virusa yoluxma əsasən gəmiricilərin (siçovulların) sidik və nəcisi ilə çirklənmiş qida və ya əşyalar vasitəsilə keçir. Xəstəlik insandan insana da, xüsusilə qan və digər bioloji mayelərlə təmas zamanı ötürülə bilər..Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki