ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyada məhkum olunaraq humanitar əsaslarla azadlığa buraxılan ABŞ vətəndaşı Robert Gilmanla ABŞ-da görüşdüyünü açıqlayıb.
Referans MEDİA xəbər verir ki, Uitkoff bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Bu axşam dörd ildən çox Rusiyada saxlanıldıqdan sonra Robert Gilmanı ABŞ-da qarşılamaq şərəfinə nail oldum. O, nəhayət ailəsinin yanına qayıda və ehtiyac duyduğu tibbi yardımı ala biləcək", – deyə Uitkoff bildirib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi həmçinin Rusiya Prezidenti Vladimir Putinə humanitar əsaslarla əfv fərmanı imzaladığına və bu prosesdə şəxsi iştirakına görə təşəkkür edib.
