6 kilodan çox doğulan körpə gündəm oldu – FOTO

 Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda 6 kilodan çox çəkidə doğulan uşaq gündəm olub.

Referans.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpəyə Əli Atilla adı verilib.

Əli Atillanın çəkisinin normadan təxminən 2 kiloqram çox və boyunun 59 santimetr olduğu qeyd edilib.

Körpə 2024-2025-ci illər ərzində Türkiyənin ən kilollu (6 kq 150 qr) yenidoğulanı olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki