72%-lik sabunun sağlamlıq üçün mühüm faydaları

Gündəlik həyatda hər kəsin tanıdığı və istifadə etdiyi 72 faizli sabunun bir çoxlarının bilmədiyi unikal faydaları məlum olub. Mütəxəssislərin apardığı araşdırmalar bu sadə gigiyenik vasitənin sağlamlıqdan tutmuş gözəlliyə qədər bir çox sahədə əvəzolunmaz rol oynadığını göstərir.

 Referans Media xəbər verir ki, ⁠”paltar sabunu” adlandırılan 72% sabunun hamımızın bildiyimiz faydaları ilə yanaşı, bilmədiyimiz bir sıra faydaları var.⁠ Bu universal vasitə saçların möhkəmləndirilməsindən dərinin cavanlaşdırılmasına, göbələk xəstəliklərinin qarşısının alınmasından şişkinliklərin yatırılmasına qədər bir çox problemlərin həllində təsirli üsul kimi qiymətləndirilir.

Saç baxımında xüsusi yeri olan bu sabun uzun və sıx saçlara sahib olmaq istəyənlər üçün əvəzolunmazdır. Şampunladıqdan sonra saçlara vurulan sabun uyğun şəkildə yaxalandıqda, xüsusilə yağlı saç tipinə sahib olanlar üçün mükəmməl nəticə verir. Eyni zamanda, depilyasiyadan dərhal sonra səpkilərin qarşısını almaq məqsədilə həmin nahiyəyə sürtülməsi tövsiyə olunur.

Həftədə azı iki dəfə bu sabunla yuyunmaq dərinin cavan qalmasına yardım edir və üzə uşaq kremi çəkildikdə effekti daha da artır. Hamam qəbul edərkən bu sabunla hazırlanmış suya batırılmış kisə vasitəsilə cildin məsamələrini dərindən təmizləmək mümkündür.

Soyuqdəymənin ilk əlamətləri zamanı məhlul kimi burun dəliklərinə tətbiqi, eləcə də göbələk xəstəlikləri və diş fırçalarındakı mikrobların təmizlənməsində effektiv nəticələr əldə edilir. Zədələnmiş və göyərmiş nahiyələrin müalicəsində, irinli yaraların sağaldılmasında xüsusi qarışımlarla istifadə olunan sabun daban çatlarını və günəş yanmalarını da aradan qaldırmağa qadirdir./KONKRET.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki