Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, keçmiş prezident Mixail Saakaşvili tamamilə "sağlam düşüncədən məhrum olub".
Referans Media xəbər verir ki, Kobaxidzenin sözlərinə görə, Saakaşvili siyasətçilər tərəfindən deyil, "digər sahələrdən olan mütəxəssislər" tərəfindən qiymətləndirilməli olan "bir fenomendir".
Kobaxidze əlavə edib ki, keçmiş Gürcüstan prezidenti həm dövlət başçısı vəzifəsində çalışarkən, həm də müxalifətə qoşularkən "sağlam düşüncə ilə bağlı hər şeydən məhrum olub" və indi onun vəziyyəti "daha da pisləşib".
Baş nazirin sözlərinə görə, Saakaşvili əvvəllər özünü Gürcüstan Kralı İnşaatçı Davudla müqayisə edib ki, bu da hökumət başçısının sözlərinə görə, onun reallıqdan uzaqlaşmasını nümayiş etdirir./Unikal/
