Türkiyəli müğənni İbrahim Tatlısəsin evində xoş gün yaşanıb.
Sənətçi Bodrumun Bitez bölgəsində yerləşən bağ evində mənəvi qızı Didem Carusunu iş adamı Orkan Çömlekçi ilə ailə qurmağa yola salıb.
Sadə və səmimi şəraitdə keçirilən qız istəmə mərasimində Tatlısəs mənəvi qızına ənənəyə uyğun olaraq beşi bir yerdə qızıl hədiyyə edib. Mərasimdə halaylar çəkilib, şən anlar yaşanıb.
Məlumata görə, cütlüyün toyunun sentyabr ayında keçirilməsi planlaşdırılır./Axşam.az/
