ABŞ-ın İranla mümkün münaqişədən sonra sursat ehtiyatlarında ciddi çatışmazlıq yaranıb.
Bu barədə “The Jerusalem Post” nəşri yazıb. Məlumata görə, ABŞ-ın mövcud hərbi arsenalları artıq müxtəlif bölgələrdə aparılan əməliyyatlar və uzunmüddətli öhdəliklər səbəbindən müəyyən dərəcədə tükənib.
Xüsusilə yüksək dəqiqlikli raketlər, hava hücumundan müdafiə sistemləri üçün istifadə olunan sursatlar və artilleriya mərmiləri üzrə ehtiyatların əvvəlki səviyyədə olmadığı vurğulanır.
Qeyd olunur ki, İran kimi regional güclə mümkün qarşıdurma bu ehtiyatlara əlavə təzyiq yarada bilər. Belə bir ssenaridə ABŞ həm Yaxın Şərqdə aktiv əməliyyatları davam etdirmək, həm də digər potensial rəqiblərlə, xüsusilə böyük dövlətlərlə eyni vaxtda qarşılaşmaq imkanlarını məhdudlaşdıra bilər.
Nəşr bildirir ki, uzunmüddətli və intensiv münaqişə ABŞ-ın hərbi-sənaye kompleksinə də əlavə yük gətirəcək.//globalinfo.az























