ABŞ-da qızılca epidemiyası: Yoluxma sayı son 35 ilin rekordunu qırdı

ABŞ-da qızılcaya yoluxma hallarının sayı son 35 ilin ən yüksək səviyyəsinə çatıb. Ölkədə qeydə alınan yoluxma sayı 5 mini ötüb.

Referans Media xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, 2026-cı ildə ölkədə 5 182 qızılca yoluxması təsdiqlənib. Bu, 1991-ci ildən bəri qeydə alınan ən yüksək illik göstəricidir.

Məlumata əsasən, yoluxanların təxminən 59 faizini uşaqlar və yeniyetmələr təşkil edir. Onların 18 faizi 5 yaşadək, 41 faizi isə 5-19 yaş aralığındadır.

Qeydə alınan yoluxma hallarının 96 faizi epidemiyalarla əlaqələndirilir. Yoluxanların 96 faizinin isə ya peyvənd olunmadığı, ya da peyvənd statusunun məlum olmadığı bildirilir.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə ABŞ-da 2 289 qızılca hadisəsi qeydə alınmışdı. Beləliklə, 2026-cı ildə yoluxma sayı ötən ilin ümumi göstəricisini iki dəfədən çox üstələyib.

CDC-nin məlumatına görə, cari ildə qızılca ilə əlaqəli dörd ölüm hadisəsi qeydə alınıb. Bununla yanaşı, bəzi ştatların səhiyyə qurumları daha yüksək ölüm sayı açıqlayıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki