İsrailin Baş naziri Binyamin Netanyahu ölkədə milli birlik hökumətinin qurulmasına çağırış edib.
Referans Media xarici mətbuata istinadla xəbər verir ki, Netanyahu bildirib ki, hökumətə milli düşərgədə təmsil olunan bütün partiyalar, eləcə də İsrailin yəhudi dövlət kimliyini qorumaq istəyən bütün sionist siyasi qüvvələr daxil olmalıdır.
Onun sözlərinə görə, milli birlik hökumətinin əsas məqsədlərindən biri İrandan qaynaqlanan nüvə təhlükəsini birdəfəlik aradan qaldırmaq, İsrailin yəhudi dövləti kimliyini qorumaq və ölkə daxilində birliyi təmin etməkdir.
