İranın yüksək səviyyəli təhlükəsizlik rəsmisi Möhsün Rzai ABŞ rəhbərliyini tənqid edib.
Referans Media İran mətbuatına istinadla xəbər verir ki, o ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla qarşıdurmada məğlub olduqlarını qəbul etdiyini bildirib.
Rzai ABŞ-ın dövlət katibi Marko Rubionun da vəzifəsindən ayrılmaq üzrə olduğunu iddia edib.
İranlı rəsmiyə görə, ABŞ-ın İrana qarşı siyasəti Vaşinqton üçün ciddi siyasi nəticələr doğurub.
Qeyd edək ki, Rubionun vəzifədən ayrılacağı ilə bağlı məlumat İran tərəfinin iddiasıdır və hələ təsdiqlənməyib.
