Türkiyənin məşhur Athena qrupunun solisti Gökhan Özoğuz yeni görünüşü ilə gündəmə gəlib.
Referans Media xəbər verir ki, illərdir narıncı saçları ilə tanınan müğənni bu dəfə saçlarını yaşıl rəngə boyadıb.
Sənətçinin yeni görünüşü sosial şəbəkələrdə diqqət çəkib. Onun imicindəki dəyişiklik ilk baxışdan pərəstişkarlarını təəccübləndirib.
Məlumata görə, Gökhan Özoğuz bu dəyişikliyə yemək sifarişi platformasının reklam kampaniyası üçün gedib. Şirkətin yeni vizual kimliyini tanıtmaq məqsədilə hazırlanan reklam çarxında müğənni də yer alıb.
Reklam filmi Martin Werner tərəfindən çəkilib. Kampaniyanın şüarı isə “İşin rəngi dəyişdi, sevdikləriniz dəyişmədi” olub.
