Türkiyənin Van vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, Van-Özalp avtomobil yolunda TIR-la mikroavtobusun toqquşması nəticəsində ilkin məlumata görə, 7 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.
Qəzanın səbəbi hələ ki, məlum deyil.
Toqquşmanın gücündən hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə təcili tibbi yardım, polis, jandarma, Fövqəladə Hallar İdarəsi (AFAD), Milli Tibbi Xilasetmə Qrupu (UMKE) və yanğınsöndürənlər cəlb olunub.
Yaralıların xəstəxanalara çatdırıldığı bildirilir. Qəzanın başvermə səbəbi araşdırılır.
