Polis Krakovdakı silahlı insidentlə bağlı açıqlama verib

Polşa polisi Krakov şəhərində baş verən silahlı hücumla bağlı yeni açıqlama verib.

Referans Media xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. 

Məlumata görə, hücum edən şəxsin təkbaşına hərəkət etdiyi və onun heç bir ortağının olmadığı bildirilib. Həmçinin, şübhəlinin Polşa vətəndaşı olduğu açıqlanıb.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı daha əvvəl yayılan ikinci şəxsin saxlanılması və hücumda əcnəbilərin mümkün iştirakı barədə məlumatları təkzib edib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki