image-trump-tan-iran-a-tehdit-52-hedef-belirledik-670841-5backend

ABŞ–İran gərginliyi artır: Tramp ordunu hərəkətə hazır vəziyyətə gətirdi

ABŞ ilə İran arasında gərginlik pik həddə çatır.

Referans Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranda etirazçılara qarşı ölüm hallarına dair məlumatların olduğunu bildirərək, məsələ ilə bağlı hərbi variantların masada olduğunu açıqlayıb.

“Vəziyyəti son dərəcə ciddi izləyirik. Ordu araşdırma aparır və çox güclü seçimlər dəyərləndirilir. Yekun qərar veriləcək”, – deyə Tramp bildirib.

ABŞ lideri həmçinin İrana qarşı misli görünməmiş cavab verilə biləcəyini vurğulayıb. Trampın sözlərinə görə, Tehran xəbərdarlıqları ciddiyə alır.

Bununla yanaşı, Tramp İrana internet çıxışı üçün Starlink peyklərinin göndərilə biləcəyini də istisna etməyib və bu məsələni Elon Maskla müzakirə edəcəyini açıqlayıb.

Qrenlandiya ilə bağlı da iddialı danışan Tramp, “Əgər biz almasaq, Rusiya və ya Çin alacaq. Buna imkan verməyəcəyəm” deyib.

Ekspertlər xəbərdarlıq edir: ABŞ–İran xəttində istənilən səhv addım regionda böyük qarşıdurmaya səbəb ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki