Moskva və Kiyev arasında yeni razılaşma imzalandı - Video

Rusiya və Ukrayna Xerson vilayətinə ayda ən azı bir dəfə humanitar yardım çatdırılması barədə razılığa gəlib.

Referans Media  xəbər verir ki, bu barədə Rusiyanın ombudsmanı Tatyana Lantratova jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, bunlar Oleşkidə atəşkəsə dair sənəddə qeyd olunub. Sənədə əsasən, tərəflər həmçinin “repatriasiya tədbirləri” həyata keçirməyi öhdələrinə götürüblər. Bunun döyüş bölgəsindəki mülki əhalinin təhlükəsiz şəkildə ərazidən çıxarılması imkanının təmin edilməsini nəzərdə tutduğu ehtimal olunur.

Tatyana Lantratova Oleşkiyə həmin əməliyyatlar zamanı lokal atəşkəs elan edilib-edilməyəcəyinə aydınlıq gətirməyib./Bizim.Media/



Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki