Tramp onları İrana qurban verə bilər - Pentaqonda narahatlıq

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatın uğursuzluqla nəticələnəcəyi təqdirdə məsuliyyəti Pentaqon rəhbəri Pit Heqsetin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynin üzərinə ata bilər.

Referans Media xəbər verir ki, bu barədə “The Atlantic” nəşri Trampa yaxın mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Tramp İranla müharibəni başa çatdıra bilməməsinin məsuliyyətini kimin üzərinə qoyacağı barədə düşünür. Halbuki münaqişə başlamazdan əvvəl, fevral ayında prezidentin müşavirləri ona müharibənin Konqresə aralıq seçkilərdən xeyli əvvəl başa çatacağını vəd etmişdilər. Yeni hərbi əməliyyatın isə aralıq seçkilərdən sonra başlanacağı gözlənilir.

Mümkün “günah keçiləri” sırasında müdafiə naziri Pit Heqset və general Den Keyn də var.

Nəşrin mənbələri iddia edir ki, Heqset Ağ Evdə o qədər də populyar deyil və Trampın xoşuna gəlmək üçün vəziyyəti həddindən artıq nikbin qiymətləndirib.

“Heqset prezidentə eşitmək istədiklərini deməyi bacarır”, - deyə mənbələrdən biri bildirib.

Məqalədə general Keynin aparatının da son qərarlardan xəbərsiz qalması diqqətə çatdırılıb. Belə ki, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin Strateji Planlaşdırma İdarəsinin rəhbəri, general-leytenant Bret Silviyanın vəzifəsindən azad edilməsi ilə bağlı qərardan sonra əvvəlcə onun onilliklər boyu davam edən xidmətinə görə təşəkkür bəyanatı yayımlanıb. Lakin bir neçə saat sonra həmin açıqlamanın “işin bütün hallarını tam əks etdirmədiyi” bildirilib.

Silviyaya qarşı Ukrayna və İranla bağlı məxfi məlumatları müxtəlif media qurumlarından olan iki jurnalistə ötürmək ittihamı irəli sürülüb./Publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki