ABŞ Putinin səfərinə hazırlaşır – Bu tarixdə

ABŞ Rusiya Prezidenti Vladimir Putinin 2026-cı ilin dekabrında Mayamidə keçirilməsi planlaşdırılan G20 sammitinə mümkün səfəri ilə bağlı rəsmi hazırlıqlara başlayıb.

Referans Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Ekspert İdarəsinin rəis müavini və Rusiyanın G20-dəki şerpası Svetlana Lukaş məlumat verib.

Onun sözlərinə görə, G20-yə rotasiya qaydasında sədrliyi həyata keçirən Amerika tərəfi artıq Rusiya liderinin sammitdə iştirakını öz planlarına daxil edir.

“Sədr ölkə Vladimir Vladimiroviç Putinin gələn ilin dekabrında Mayamidə keçiriləcək sammitdə iştirakına hazırlaşır”, – deyə Lukaş qeyd edib.

Bu açıqlama Vaşinqtonda ABŞ-ın sədrliyi dövründə G20 nümayəndələrinin ilk görüşü başa çatdıqdan sonra səsləndirilib.

Qeyd edək ki, 2026-cı ilin G20 sammiti ABŞ-da, Miami (Doral) yaxınlığında, dekabrın 14-15-də keçirilməsi planlaşdırılır.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki