“Açarla müalicə” iddiası gündəm oldu - Şanlıurfada izdiham yarandı

Şanlıurfanın Viranşehir rayonunda ortaya çıxan qeyri-adi iddia sosial şəbəkələrdə geniş rezonans doğurub.

Referans Media xəbər verir ki, Seyid Cümə Tufehi adlı şəxsin danışa bilməyən uşaqların və böyüklərin ağzına açar qoyaraq onları “müalicə etdiyini” iddia etməsi böyük müzakirələr yaradıb.

Onun paylaşdığı videolar qısa zamanda milyonlarla baxış toplayıb və ölkə xaricində də yayılıb.

İddiaların yayılmasından sonra Türkiyənin müxtəlif bölgələrindən, hətta Avropadan belə ailələr Viranşehirə gedərək uzun növbələr yaradıblar.

Bəzi ailələr uşaqlarının “danışmağa başladığını” iddia etsə də, bu metodun heç bir elmi əsası olmadığı vurğulanır.

Seyid Cümə Tufehi isə tənqidlərə cavab olaraq bunun tibbi deyil, dini inanc çərçivəsində baş verdiyini deyib və “şəfanın Allahdan gəldiyini” bildirib.

Mütəxəssislər bu cür qeyri-elmi və yoxlanılmamış üsulların təhlükəli ola biləcəyini bildirərək valideynləri diqqətli olmağa çağırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki