Acunun klubu İngilətərə Premyer Liqasına vəsiqə qazandı

Türkiyəli məşhur iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" klubu İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.

Referans Media  xəbər verir ki, komanda pley-offun finalında "Midlsbro"nu məğlub etməklə buna nail olub.

Qarşılaşma "Hall Siti"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

90+5-ci dəqiqədə Oliver Makberni fərqlənib.

Xatırladaq ki, daha əvvəl "Koventri Siti" və "İpsviç" Premyer Liqaya vəsiqəni rəsmiləşdirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki